AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, müğənni övladları ilə birlikdə Los-Anceles hava limanında görüntülənib. Belə ki, o, istirahətini yeni sevgilisi Aleks Rodriqas ilə birlikdə keçirmək üçün Mayamiyə gedib. Vaxtının çoxunu sevgilisinə həsr edən Cey Lo onunla tanışlığının ilkin mərhələsindədir. Rodriqasın dostları bildirib ki , Cennifer hər zaman gözəl bir qadın və güclü şəxsiyyət olaraq onun xoşuna gəlib. “O, Rodriqasın arzularının qadınıdır”- deyə onlar qeyd edib.
Aleks Rodriqas mükəmməl idmançıdır. Məşhur beysbolçu Cennifer Lopezdən 6 yaş kiçikdir. Onun 2008-ci ildə münasibətlərinə son qoyduğu keçmiş həyat yoldaşı Sintii Skertisdən 12 yaşlı Nataşa və 8 yaşlı Ella adlı 2 qızı var. O nəinki idmançı kimi həm də məşhurların sevgilisi kimi tanınır. Belə ki, o aktrisa Keyt Xadson, amerikalı kinoaktrisa və model Kameron Diaz ilə sevgi münasibətləri yaşayıb.

