AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, parodiya NBC telekanalında yayımlanan məşhur Saturday Night Live şousunda yayımlanıb.
İvankanı təqlid edən Skarlett “Şərik”parfüm reklamına çəkilib.
“Onun adı hamıya tanışdır. Hamı onun simasını yaxşı tanıyır. O, otağa daxil olanda, hamının diqqəti onun üzəridə olur. Onun adı İvankadır Belə qadın onun üçün xüsusi yaradılmış parfümə layiqdir. Axı o, gözəldir, qüdrətlidir və “Şərikdir”” - kadr arxası səs bu sözləri deyir.
Qeyd edək ki, Skarlett Yohansson ABŞ prezidentinin inaqurasiyasından sonra keçirilən etiraz marşlarında da iştirak edərək, Trampa qarşı etirazını bildirib.