Hadı Rəcəbliyə “sms” yazanlar həbs oluna bilməz – EKSPERT

1 Fevral 2013 12:59 (UTC+04:00)


Deputat Hadı Rəcəbliyə qarşı gənclər Facebook sosial şəbəkəsində kampaniyaya başlayıb. Bu barədə özünün Facebook səhifəsində məlumat yayan Həbib Müntəzir bildirib ki, Hadı Rəcəbliyə 3 gün vaxt veririb. Bu müddət ərzində o, üzr istəməsə, onun telefon nömrəsini yayıb, SMS kampaniyasına başlayacaqlar. Maraqlıdır, əgər gənclər belə bir varianta əl atırsa, buna görə görə cinayət məsuliyyəti nəzərdə tutulurmu?

AzNews.az-ın sualını cavablandıran tanınmış hüquqşünas Osman Kazımovun sözlərinə görə, sms-lə istənilən şəxsin telefonuna göndərilən mesaj məhkəmə predmeti sayıla bilməz: "Bunu xuliqanlıq kimi qiymətləndirə bilərlər ki, o da inzibati məsuliyyətə səbəb olar, cinayət məsuliyyəti yaratmaz. Əgər KİV-də təhqiramiz ifadələr yayılarsa, ona görə, cinayət məsuliyyəti yarana bilər. Əslində isə bu məsələdə Hadı Rəcəbli işlətdiyi ifadəyə görə gənclərdən üzr istəməlidir. Söyüş söyməsi onun nə yaşına, nə tutuduğu vəzifəyə yaraşır".

Gültəkin
AzNews.az