Bakıda evakuator kobudluğu: Təkəri linglə döndərdi - Video

13 Mart 2017 10:57 (UTC+04:00)

Oxu.Az xəbər verir ki, hadisə dünən paytaxtın mərkəzi küçələrindən birində baş verib.

Şahidlərin sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin evakuatoru nəqliyyat vasitəsini Salatın Əsgərova küçəsi ilə cərimə meydançasına apararkən hər döngədə, avtomaşının diskinin əyilmə təhlükəsinə baxmayaraq, təkərlərini linglə döndərib.

Baş Dövlət Yol Polisi İdarəsinin evakuatorunun əməkdaşının etdiyi hərəkət ətrafdakıları təəccübləndirib.

Hadisə ilə bağlı görüntüləri təqdim edirik.

Qeyd edək ki, videoqeydiyyatçıda tarix səhv göstərilib.

AzNews.az