Usamə bin Ladenin kürəkəni Türkiyədə yaxalanıb

1 Fevral 2013 15:28 (UTC+04:00)
Usamə bin Ladenin kürəkəni "Süleyman M." Türkiyədə yaxalanıb. SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Milli Kəşfiyyat İdarəsi ilə ABŞ-ın məxfi xidmət Milli Kəşfiyyat İdarəsinin (MKİ) birgə həyata keçirdiyi əməliyyatla Süleyman M. Ankarada saxlanılıb.

Saxta vəsiqə ilə Ankaraya gələn "Süleyman M." Çankaya bölgəsində qaldığı mehmanxanada tutulub.

AzNews.az