Moskvadan Gəncə və Qəbələyə reyslər başladı

15 Mart 2017 14:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ilk Moskva-Gəncə reysininin yerinə yetirilməsi münasibətilə martın 15-də AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və “Vnukovo” hava limanının baş direktoru Vasili Aleksandrovun iştirakı ilə təntənəli tədbir keçirilib.

Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri Airbus A320 təyyarələri ilə yerinə yetiriləcək.

Hazırda “Azərbaycan Hava Yolları” Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir:

Vnukovo hava limanı ilə yanaşı, AZALJET Moskva Domodedovo hava limanına, Sankt- Peterburq (Pulkovo), Mineralnie Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.

Aviabiletlərin qiymətləri bir istiqamətə 49 avrodan başlayır. Reyslər çərçivəsində çəki konsepsiyası tətbiq olunacaq - baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.