Mehriban Xanlarovanın başı dərddə – AÇIQLAMA

1 Fevral 2013 16:46 (UTC+04:00)


Xəbər verdiyimiz kimi, bu günlərdə ATV telekanalının "Ümid var" verilişində özünü gözəllik salonunun rəhbəri Günay kimi təqdim edən şəxs verilişin aparıcısı Zaur Baxşəliyevin mobil telefonuna göndərdiyi mesajlarda əməkdar artist Mehriban Xanlarovaya qarşı ittihamlar irəli sürüb. İttihamlara görə, Mehriban Xanlarova həmin gözəllik salonunun rəhbəri Günaya 70.000 manat borclu olduğu iddia edilib.

Məsələylə bağlı M.Xanlarova AzNews.az-a açıqlama verib. O, bildirib ki, bütün bu söhbətlərin səbəbkarı özünü onun keçmiş həyat yoldaşı kimi və Emin adıyla təqdim edən Etibar Süleymanov olub:

"Həmin adam həyat yoldaşım olmayıb. Bütün bu söhbətlər onun öz uydurması idi. Bu insan gözəllik salonlarının birində işləyən Günay adlı qadının adı ilə mənə şər atır. Guya, Günay 70.000 manat Etibara, Etibar da eyni pulu mənə verib".

M.Xanlarova onu da qeyd edib ki, hadisəylə bağlı Xəzər rayon Polis İdarəsinə müraciət edib.

Fuad Mədətov
AzNews.az