AzNews.az Associated Press-ə istinadən xəbər verir ki, böyük ölçülü cilalanmamış almazın qiyməti hələlik məlum deyil. Almaz Syerra Leone bankında saxlanılır.
İri ölçülü qiymətli daşı pastor Emmanuel Momoh ölkənin şərqindən, almaz yatağının çox olduğu Yakadu kəndində tapıb. Almaz ölkə prezidenti Ernest Bay Koromeyə təqdim olunub.