Təcili yardıma hər gün 2000 nəfər müraciət edir

1 Fevral 2013 21:21 (UTC+04:00)


Yeni ildən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına çağırışların sayı artıb. Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev ANS PRESS-ə məlumat verib. Həkimin sözlərinə görə, çağırışların sayında təxminən 25-30 faiz artım müşahidə olunub.

"Yanvar ayından başlayaraq təcili yardıma müraciət edənlərin sayı gündəlik 2 min nəfərə çatıb. Çoxu isə soyuqdəymədən, qripdən və yüksək temperaturdan şikayətlənir. Bu soyuq havalarda vətəndaşlar mümkün qədər özlərini qorumalıdır", - deyə Oqtay Şahmalıyev bildirib.

AzNews.az