Bakı-Tbilisi-Qars dəmir yolu iki aya açılacaq

18 Mart 2017 12:54 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə belə böyük infrastruktur layihələri vasitəsilə region ölkələri ilə əlaqələrini gücləndirir.

Nazir həmçinin qeyd edib ki, yaxın zamanlarda Türkiyədə Edirne-Qars sürətli dəmir yolunun tikintisi başlayacaq.