Baş nazir terrorçunun adını açıqladı

2 Fevral 2013 08:29 (UTC+04:00)
Onun sözlərinə görə, terrorçu 30 yaşlı Ecevit Şanlı idi. Ərdoğan bildirib ki, Şanlı DHKP-C sol təşkilatının üzvü olub.

"O, xidməti girişindən keçdikdən dərhal sonra bombanı partlayıb və partlayış nəticəsində ölüb. Başında olan xal artıq onun şəxsiyyətini sübut edir, amma buna baxmayaraq DNT testləri keçiriləcək. Aydındır ki, o DHKP-C-nin üzvüdür. O artıq daha əvvəl belə hücumlara əl atıb", Türkiyənin baş naziri Haberturk telekanalının canlı yayımında bildirib.

Qeyd edək ki, cümə günü ABŞ-ın Ankaradakı səfirliyinin girişində, viza bölməsində güclü partlayış olub.

Hadisə nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Xeyli sayda xəsarət alanın olduğu bildirilir.

Türkiyə polisi partlayışın "əl-Qaidə" təşkilatından olan terrorçu-intiharçı tərəfindən törədildiyini istisna etmir. Belə ki, bu yaxınlarda İstanbulda təşkilatın sabiq lideri Üsamə ben Ladenin kürəkəni saxlanılmışdı.

AzNews.az