Prezidentin sarayına hücum edildi

2 Fevral 2013 09:25 (UTC+04:00)

Etirazçılar prezident Məhəmməd Mursinin iqamətgahına hücum ediblər.

Prezident qvardiyası etirazçıların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər "Rədd olsun Mursi", "Biz hakimiyyəti devirəcəyik" kimi şüarlar səsləndiriblər.

Xarici mətbuatın yazdığına görə, nümayişlər təkcə paytaxt Qahirədə deyil, ölkənin bir neçə şəhərində də dava edib.


AzNews.az