AzNews.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Əfqanıstanda "Güclü dəstək" əməliyyatının məlumatında bildirilir. Hadisə nəticəsində 3 Amerikalı əsgər yaralanıb.
"Hilmənd vilayətində əfqan əsgərin atəş açması nəticəsində üç ABŞ hərbçisi yaralanıb. Hərbçilərə tibbi yardım göstərilib", - deyə əməliyyatın "Twitter" səhifəsində yazılıb.
Əfqan hərbçi cavab atəşi ilə öldürülüb.