Maşın ağaca çırpıldı – 1 nəfər öldü
2 Fevral 2013 09:21 (UTC+04:00)
Nəticədə E.Abdulov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Avtomobildə olan şəxsiyyəti məlum olmayan digər sərnişin ağır bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər çatana kimi əhali tərəfindən Şirvan şəhəri mərkəzi xəstəxanasına aparılıb.
Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb.
Əməliyyat saat 07:17-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
Elnarə
AzNews.az