Bunu salamnews-a açıqlamasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.
O deyib ki, biz istəyirik ki, oyunlar vaxtı dini əqidəsindən asılı olmayarq bütün tamaşaçılara diqqət yetirək: "Oyunların açılış mərasimi Bakı Olimpiya Statdionuda təşkil ediləcək. Açılış vaxtı statdiona gələcək tamaşaçıların qidalanması, ibadəti, o cümlədən onların rahatlığını təmin etmək üçün nəqliyyatın təşkil edilməsi nəzərdə tutulub".
Səfərov vurğulayıb ki, Avropa Oyunlarında olduğu kimi, İslam Həmrəyliyi Oyunlarında da biletlərin açılış qiyməti 20-200 manat arasında dəyişir. Ümumilikdə 500 min bilet satışa çıxarılıb. Bu günə kimi 20 min bilet satılıb. Hazırda da bilet satışı davam edir.