"Beşiktaş" klubu erməni futbolçu ilə yollarını ayıracaq

23 Mart 2017 20:26 (UTC+04:00)

"Report"un "Milliyet"ə istinadən verdiyi məlumata görə, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin uzun müddət zədəli olması və ümidləri doğrultmamasıdır.

2015-c ilin yanvarında Moskvanın "Spartak" klubundan 1 milyon avro qarşılığında İstanbul təmsilçisinə transfer olunan və İspaniyanın "Rayo Valyekano" klubuna icarəyə verilən A.Özbilisin cari mövsümdə 5 görüşdə forma geyinməsi "Beşiktaş" rəhbərliyini qane etmir. Bu səbəbdən erməni futbolçu komandadan göndəriləcək.

Qeyd edək ki, A.Özbilisin "Beşiktaş"la 2020-ci ilə qədər müqaviləsi var.