“7 gözəl”dən biri hamını təsirləndirdi – FOTO

2 Fevral 2013 12:19 (UTC+04:00)



AzNews.az-ın məlumatına görə, veriliş zamanı daha çox diqqəti çəkən gənc aktrisa Aysel Nəsirova olub. O, şair Ramiz Rövşənin şeirini səsləndirib ki, bu da hamını təsirləndirib.

A.Nəsirova AzNews.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə çəkilişinə başlayacağı filmdə baş rolu özü ifa edəcək: "Hazırda film üçün aktyorlar seçilir. Sevgi mövzusunda olan filmin adı "Payızın son yarpağı"dır".

Qeyd edək ki, A.Nəsirova Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "7 gözəl" əsərinin motivləri əsasında çəkilən sənədli filmdə 7 gözəldən birini və satirik şair Mirzə Ələkbər Sabirin həyat yolundan bəhs edən sənədli filmdə şairin həyat yoldaşının gəncliyini canlandırıb.

Fuad Mədətov
AzNews.az