Ermənistan Baş Prokurorluğu məlumat yayıb

2 Fevral 2013 12:30 (UTC+04:00)


Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.
Cinayətin törədildiyi yerdən götürülən 7.62 mm kalibrli güllə, eləcə də Paruyr Ayrikyanın bədənindən çıxarılan güllə ekspertizaya göndərilib.

"2013-cü il fevralın 1-də prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı qəsd faktı üzrə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) idarəsində CM-in 34-305-ci maddəsi üzrə açılan cinayət işi çərçivəsində ilkin istintaqın qanuniliyi üzərində nəzarəti Respublika Baş Prokurorluğunun Milli təhlükəsizlik orqanlarında araşdırılan işlər üzrə idarəsi həyata keçirir.

Bununla yanaşı, baş prokuror birgə istintaq qrupunun yaradılmasına dair göstəriş verfib. Qrupun tərkibinə Ermənistan polisinin və MTX-in təcrübəli müstəntiqləri daxil edilib.

İlkin təhqiqat Ermənistan MTX-nin İstintaq İdarəsinə tapşırılıb. Bir sıra işçi versiyalar hazırlanıb və onların hər biri yoxlanılır.


AzNews.az