Sərnişin avtobusu qəza törətdi

3 Fevral 2013 11:16 (UTC+04:00)
Bu gün bir saat öncə Möhsün Sənani küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən 10 TG 314 dövlət nişanlı 133 nömrəli sərnişin avtobusu yol kənarındakı 10 MC 500 dövlət nişanlı Nissan Teana markalı maşına çırpılıb. AzNews.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, avtomibillərə ciddi ziyan dəysə də, xəsarət alan yoxdur.

Əziz
AzNews.az