Ramil Usubov: «Bakıda 2902 kamera quraşdırılıb»

3 Fevral 2013 15:46 (UTC+04:00)
"2008-ci ildən bu günə qədər Azərbaycanda 1330 yerdə 5790, o cümlədən paytaxtda 1064 yerdə 2902, Gəncədə 131 yerdə 370, Sumqayıtda 85 yerdə 228, Abşeron rayonunda 19 yerdə 55, habelə Bakı metropolitenində 73 yerdə 1974 kamera quraşdırılıb".

Bu haqda daxili işlər naziri Ramil Usubov 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasındakı çıxışında deyib.

Ramil Usubov deyib ki, bu ilin birinci rübündə Bakıda daha 150 yer üzrə 210 videomüşahidə vasitəsi istismara veriləcək.

AzNews.az