Biri var idi, biri yox idi, iki Əkrəm Əylisli var idi...

4 Fevral 2013 00:49 (UTC+04:00)

Mir Şahin
…Əkrəm Əylislinin "Daş yuxular" romanını oxuyana qədər bir cür fikirləşirdim və ANS-ə onu qonaq dəvət edəndə əsəri oxumamış, amma yazıçımızın demək olar ki. bütün kitabları ilə yaxından tanış olan biri kimi inanmışdım ki, ortada təhriflər ola bilər. Ona görə də "Baş xəbər" ərəfəsində apardığımız söhbətdə onun Hüseyn Caviddən misal çəkdiyi Şeyx Sənanın öz sevgilisi yolunda dinini dəyişməsi, xaç asması, şərab içməsi, donuz otarması kimi arqumentləri mənə o zaman hətta yerində görünmüşdü. Əkrəm Əylisli öz əsərinə haqq qazandırarkən Axundovu, Mirzə Cəlili də şahid kətirdi və mən də bu arqumentləri qəbul edirdim ki, bəli Vətəni sevməyin bir Çadayev variantı da var. Yəni həqiqət Vətəndən üstündür və həqiqəti Vətənin əleyhinə olsa belə deməkdən çəkinməmək olar. Amma söhbət həqiqətdən gedirsə.

Amma o yerdə ki, söhbət Əkrəm Əylislinin bir yazıçı olaraq subyektiv mülahizələrə və istinad etdiyi hansısa tarixi mənbələrə əsaslanaraq yazdığı "Daş yuxular"dan gedir, burda böyük həqiqət və guya onun uğrunda bütün üsullardan istifadə edərək mübarizə aparıldığı inandırıcı görünmür. Əkrəm bir ustad, çox istedadlı, ən böyük yazıçıülarımızdan biri olaraq Azərbycanın dövlət və millət kimi mühafizə etdiyi əsas xəti keçib. Bir daha qeyd edirəm: Əkrəm böyük yazıçıdır və onun bir çox əsəriləri kimin hansı münasibəti bəsləməsindən asılı olmayaraq milli-ədəbi tariximizin irsidir. Əkrəmdən imtina etsək də, bacarmarıq. Ona görə ki, içi biz qarışıq bütöv bir nəsil onun kitablarının səhifələrindən çıxmışıq.

Mən Əkrəm Əylislinin bir yazıçı kimi səhv etdiyini, ya etmədiyini deyə bilmərəm, çünki yazıçı deyiləm. Amma burda bir iş mütləq var və bir vətəndaş kimi hətta bu fikri də özümə yaxın buraxıram ki, Əkrəm Əylislinin beş-altı ay əvvəl göndərdiyi romanın çapını "Drujba narodov" jurnalı məhz indi təsadüfən məqbul saymayıb. Bu gün Kreml hər vəchlə Sovet İttifaqının bərpası ideyasını təlqin edir. Yeri gəlmişkən, Əkrəm Əylisli bir neçə həftə əvvəl elə bu studiyada qonaq idi. Biz ondan sevdiyi qızı dəniz kənarına apararaq cəzalandıran, saçını kəsən bir yeniyetmənin fonunda cəmiyyətdəki mənəvi böhran mövzusunda söhbətə dəvət etmişdik.

Onda bu mülahizəyə o qədər də fikir vermədim. Düşündüm ki, yazıçılar həmişə mənəvi ərazilərini böyük görmək istəiyrlər. Ola bilsin ki, Əkrəm müəllimdə də Sovet İttifaqı üçün bir gizli, hətta özünün etiraf etmək istəmədiyi bir xiffət bu səbəbdən var. Amma bir az sonra "Daş yuxular"ı oxuyanda anladım ki, bu romanı Əkrəm Əylisli müstəqil Azərbaycanın yox, deyəsən Sovet Azərbaycanının yazıçsı kimi yazıb. Yəni bu gün Əkrəmdən bir Azərbaycan yazıçsına bağışlamadağımız fikirlərə görə inciyirik. Amma SSRİ vətəndaşı və yazıçısı üçün bu əsər bir zamanlar təlqin edlilən ideoloji xəttin adicə nümayişidir. Pavlik Morozovu xatırlayaq. Bu baxımdan Əkrəm Əylisli aldıdıldığını etiraf edən, mübarizədən yorulmuş, darıxan, xiffət çəkən 75 yaşlı bir qocanın şəxsən qardaş saydığı millət barədə fikirlərini yazıb.

Bəli, "Daş yuxular"u quyuya bir ağıllı atıb, amma bu onu ordan çıxarmağa çalışan başqa ağılıların da acizliyi üçün bəraətə çevrilməməlidir. Yəni Azərbaycanda bir yazıçı özünə həqiqət hesab etdiklərini, Azərbaycana lazım olmayan həqiqətlərini yazıb və Rusiya mətbuatında çap etdirib. İcazə verin soruşum: bəs qalan yazıçılarımız öz həqiqətlərini, Azərbaycana lazım olmayan həqiqətlərini niyə yazıb çap etdirmir. Lap elə Qərb mətbuatına. Bu qulaq kəsmək ideyasından, kitab dəfn mərasimindən, mükafatlardan məhrum etmək kimi məşhur Krasnaya Zvezda və Leninqrad ab-havadan daha tutarlı və faydalı olmazdımı? Azərbaycana Əkrəm Əylisli ola bilər ki, lazım deyil, bəs Soljenitsın, Brodski necə?

Bu günlərdə mən Azərbaycanın dəyərli insanlarının yeri gəldi gəlmədi hücuma məruz qalmalarının pis bir iş olduğu barədə reportaj hazırlamalı idim. Bir neçə nəfərin içərinsində Əkrəm Əylislini də dəyər kimi qorumağa çağırmalı idim. Amma qəflətən başım "Daş yuxular"a dəydi.

İndi ağlıma belə bir fikir gəlir ki, bəs bu dəyərlər Azərbaycanı necə qoruyurlar? Axı Azərbaycan min Əkrəmdən daha artıqdır… Axı Əkrəm kimi dəyərləri ona görə qorumaq lazımdır ki, onlar da ən böyük dəyərimizi Azərbycanı qorusunlar…

Mən Əkrəm Əylislinin üzərinə gedənlərin kampaniyasını başa düşüsəm də, qəbul edə bilmirəm. Bir əsərə görə yazıçını tarixdən silməyə cəhd, qulağını kəsməyə çağırış, ictimai fikirin Linç məhkəməsini yolverilməz sayıram. Ən azı ona görə ki, bayaq haqqında danışdığım imperiya bir kabus kimi başımız üstdə yenidən dolaşmaqdadır, onun əli çox uzundur, hansısa şəxs özünə və sahibinə bəlli olan bir vaxtda Əkrəmə bir xətər yetirə bilər. İndi gəlin təsəvvür edək: Əkrəm Əylisli evinin qabağında öldürülüb. Bundan sonrasını sadəcə fantaziya edək. Bir cansız daş əsəri ilə Azərbaycanın bütün ideoloji xəttinə problem yaradan yazıçının ölümü onun diri mübarizəsindən qat-qat təhlükəli olmazmı? Kimsə ona artıq Salman Ruşdi deyir. Az qalır Əkrəm Əylislinin təhlükəsizliyini təmin etməyə çağırasan. Bu saat Əkrəm tam müdafiəsiz və mühafizəsizdir. Həm də bir yazıçı qalmaqalı İsmayıllı hadisələri və Elşad Abdullayevin videolarının araşdırmasını arxa plana keçməməlidir. Azərbycanın qarışması bir anın işidir.

"Daş yuxular"ın daha bir təhlükəli tərəfi barədə. Bəlkə Əkrəm müəllim siyasətdən uzaq olmaq istəyən birisi tək başa düşmür ki, onun yazıcı daha doğrusu burada ortaya qoyduğu fikirlər cəmiyyətdə çat yarada bilər. Əkrəm Əylislinin yazdığı yazı qəribə bir düşərgələşmə yaradıb. Kimin hakimiyyətdən xoşu gəlmir onu müdafiə edir və ya kim hakimiyyəti sevir ona hücum edir. Burda vacib bir xətt unudulur, söhbət hakimiyyətdən yox, dövlətdən gedir, müstəqilliyimizdən, ərazi bütölüyümüzdən gedir. Ən qorxulusu da elə budur ku, belə bir əsəri müdafiə edənlər də var. Bu isə həm də belə bir təhlükənin anonsudur ki, Azərbaycanda hamının yekdil olduğu yeganə məsələdə Qarabağın Azərbaycana məxsus olması ideyası laxlaya bilər. Məsələn, bir zatı qırıq sabah ortalığa çıxıb deyə bilər ki, bəlkə elə Qarabağ doğrudan ermənilərə məxsusdur, gəlin verək ermənilərə. Necə ki Əkrəm Əylislinin obrazı Əylisi bağışlayıb. Sonra da lap elə indi olduğu kimi, diskussiyalar başlayır. Yəni "Daş yuxular" romanı Qarabağın ermənilərə məxsus olması mövzusunda başlana biləcək ehtimali diskussiyalara yol açırö Ən böyüuk problem məhz budur.

Yenidən Əkrəmin bir neçə həftə əvvəl elə bu studiyada dediklərinə qayıvdıram. Onda bir yeniyetmənin hərəkəti yazısçını möhkəm qəzəbləndirmişdi.

İndi ortada yeniyetmə deyil, qos-qocaman, əfsanəvi bir yazıçı var. Onun etdiyini cəmiyyət qəbahət sayır. Lap elə həmin uşağın etdiyi kimi, amma burada saçı kəsilən və bu halda nümayiş olunan sevgili deyil, Anadır, Azərbaycandır…
---
ANS