Di Kaprio cavanlaşmaq üçün ağlasığmaz pullar xərcləyir

30 Mart 2017 23:28 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor hələlik, plastik əməliyyat üçün cərrahlara müraciət etməyib. Lakin, bahalı kosmetik prosedurlara ətək-ətək pul tökür.

İnsayderlər yazır ki, Leonardo hər ay lazer pilinqinə, filler iynələrinə, dietoloqun qəbuluna minimum 25 min dollar pul xərcləyir.

Di Kaprio cavanlaşmaq üçün il ərzində 300 min dollar pul xərcləyir. Qocalıqdan dəhşətli dərəcədə qorxan aktyor tez-tez orqanizmini təmizlətdirir. O, yalnız qocalığı sürətləndirən spirtli içkilərdən imtina edə bilmir.