YPX avtomobili ilə kobud qayda pozub təhlükə yaradırlar - Video

31 Mart 2017 09:46 (UTC+04:00)

Avtosfer.az-ın məlumatına görə, DYP əməkdaşları avtomobildə radar qurmaq məqsədilə yolun sol kənar zolağında park edərək digər digər nəqliyyat vasitələrinə maneə yaradıblar. Demək olar ki, sürücülər orada hər gün eyni mənzərə ilə qarşılaşır.

İş orasındadır ki, patrul avtomobilinin içində heç kim olmur. Sadəcə maşını yolun hərəkət hissəsinə ataraq çıxıb gedirlər. Videodan da aydın görünür ki, həmin patrul avtomobilinin nə sayrışan işığı yanır, nə də ki xüsusi səs siqnalı qoşulub. Belə olan halda isə qanunvericiliyin tələbi kobud şəkildə pozulur. Qanunda qeyd olunub ki, xidməti vəzifəsini yerinə yetirən zaman qanunun tələblərindən kənara çıxma zərurəti yarandıqda,patrul avtmobolinin həm sayrışan işıq siqnalı, həm də xüsusi səs siqnalı qoşulu vəziyytdə olmalıdır.

AzNews.az