Polis rəisinin oğlu dostunun başını kəsdi - DƏHŞƏT

4 Fevral 2013 09:08 (UTC+04:00)
Gəncə Baş Polis İdarəsinin əməliyyat idarəsinin rəisi polis polkovnik- leytinantı Ədalət Həsənovun oğlu dostunu çoxsaylı bıçaq zərbləri vurub, sonra da boğazını kəsərək öldürüb. Orxan Həsənovun dostunu qeyri-rəsmi yaşadığı bir xanımla onun əlaqəsini aşkarladığı üçün etdiyi deyilir. Hadisə fevralın 2-i axşam saatlarında baş verib. "Azadlıq.info-nun xəbərinə görə, hazırda Gəncə Prokuroluğunda Cinayət Məcələsinin müvafiiq maddələri ilə cinayət işi açılaraq istintaqı aparılır.

Araışdırmalar zamanı məlum olub, Orxan Həsənov hələ bir neçə ay əvvəl oğurliq cinayəti ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvü kimi həbs edilib. Həmin zaman Gəncənin Kəpəz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Məhəbbət Məmmədovanın evindən 1 ədəd videomaqnitofon, geyim və ev əşyaları oğurlayan Gəncə şəhər sakinləri Elmin Bayramov, Orxan Həsənov, Tural Cəfərov və əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədov tutulublar. Onların ətraflarında aparılan əməliyyat tədbirləri nəticəsində adıçəkilən şəxslərin Gəncə şəhər sakini Faiq Həsənovun evindən qızıl əşyaları oğurlamaları da müəyyən edilib. Ələ keçən dəstə üzvlərindən Orxan Həsənovun Gəncə şəhəri, Nizami Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Ədalət Həsənovun oğlu olduğu üzə çıxıb. Bundan sonra Ə.Həsənov tutduğu vəzifədən çıxarılsa da bi neçə ay sonra yenidən polisdə yüksək vəzifə tutub.

Bu yaxınlarda isə polisdə yüksək vəzifə tutan Ədalət Həsənov oğlunu da həbsxanadan çıxarıb.

Gəncənin Nizami Rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqov isə Moderator.az-a deyib ki, cinayət törədən Orxan Həsənovun atası Nizami Rayon Polis İdarəsinin sahə müvəkkilidir.

Onun polis orqanlarında saxlanıb-saxlanmamasına gəlincə rəis bidirdi ki, bu barədə qərarı rəhbərlik verə bilər: "Mən heç nə deyə bilmərəm. Rəhbərlik özü qərar verər".

AzNews.az