Güclü külək insan ölümünə səbəb oldu

1 Aprel 2017 09:15 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Haqverdili kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 56 yaşlı Cəfər Hacıbaba oğlu Səlimov güclü küləyin aşırdığı çinarın altında qalaraq dünyasını dəyişib.