Ötən gün əsən güclü küləyin sürəti açıqlandı- Rəsmi

1 Aprel 2017 11:05 (UTC+04:00)

Qurumun direktor əvəzi Gülşad Məmmədova AzNews.az-a bildirib ki, şimal-qərb küləyinin maksimal sürəti 20-25 m/san təşkil edib:

Bakı, Abşeron yarımadası, Abşeron dəniz rayonunda isə şimal-qərb küləyinin sürəti arabir 20-25, bəzi yerlərdə arabir 30-38 m/san kimi güclənib.

Gülşad Məmmədova gecəyə doğru küləyin zəiflədiyini bildirib:

Bu gün mülayim cənub küləyi əsəcək. Gün ərzində mülayim hava şəraiti davam edəcək.

Bahar RÜSTƏMLİ

AzNews.az