"Dmitri Medvedyev haqqında səsləndirlən ittihamlar əsassızdır"- Rəsmi Kreml

1 Aprel 2017 12:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Peskov "ABC" kanalına müsahibəsi zamanı danışıb. Onun sözlərinə görə,rusiyalı məmurlar hər il müvafiq strukturlara gəlir deklarasiyası təqdim edir:

“Həmin strukturlar da bu deklarasiyaları araşdırır. Korrupsiya ilə mübarizə aparan orqanlar üçün bizim gəlirlərimiz çox şəffafdır. Ona görə də mətbuatda istənilən məmur haqqında yayılan korrupsiya xəbərləri həqiqəti əks etdirmir. Çünki həmin mətbu orqanlar və ya aktivistlər xüsusi xidmət orqanlarının əldə etdiyi informasiyaya malik deyillər.”