Külək Gəncədə fəsadlar törədib

1 Aprel 2017 12:48 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, şəhərin Əttarlar küçəsində, “Məhsəıti Gəncəvi” parkında şam ağacı küləyin təsirindən aşaraq işıqlandırma dirəyini sıradan çıxarıb. Həmçinin “Füzuli” parkında, 1-ci mikrorayonda da küləyin təsirindən ağaclar aşıb. Aidiyyatı qurumlar səhər saatlarından başlayaraq fəsadlarına radan qaldırılması işləri ilə məşğuldurlar.

Gecə saatlarında şəhərin bəzi yerlərində elektrik verilişində fasilə olsa da, tez bir zamanda bərpa edilib.

Külək qərb bölgəsində bir neçə rayonda da fəsadlar yarandb. Kəndlərə gedən elektrik xətləri qırılıb, dirəklər aşıb. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.