Qadınları fahişəliyə aparan - Yaxşıxanım tutuldu

1 Aprel 2017 13:07 (UTC+04:00)

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1971-ci il təvəllüdlü Yaxşıxanım Hüseynova həbs edilib.

Yaxşıxanım Hüseynovanın bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasının Şanlıurfa şəhərinə aparıb. Həmin qadınları fahişəliyə cəlb ediblər.

Faktla bağlı araşdırma davam etdirilir.