“Kamaz”la “VAZ” toqquşdu

1 Aprel 2017 18:11 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sabirabad rayonu, Şıxlar kəndində vətəndaşlara məxsus “Kamaz” markalı yük və “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılan vəziyyətdə qalan sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 12:32-də başa çatıb.