“Mavi”lərə qarşı reydlər - Öldürülənlər var

1 Aprel 2017 18:32 (UTC+04:00)

AzNews.az “Novaya qazeta” nəşrinə istinadən xəbər verir ki, məlumatı Çeçenistanın Daxili İşlər Nazirliyi, respublikanın rəhbər dairələri, eləcə də prokurorluq təsdiq edib. Homoseksuallardan bəziləri tanışlarının həbsini eşidəndən sonra ölkəni tərk edə biliblər. Saxlanılanlar arasında tanınmış və nüfuzlu din xadimləri, həmçinin iki məşhur televiziya aparıcısının olduğu bildirilir.

Saxlanılan şəxslərin sağ qalmaq şansları çox azdır, onlara ölüm hökmü veriləcəyi gözlənilir.

“Novaya qazeta” bildirir ki, tutulanlardan 3 nəfərdən çoxu reydlər zamanı öldürülüb.