Çayxanada dava düşdü - 3 bıçaq zərbəsi vurdu

2 Aprel 2017 18:36 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Lənbəran kəndində Həmid Əliyev həmkəndlisi Mehman İsmayılovu çayxanada baş verən münaqişə zəminində bıçaqlayıb.

Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M. İsmayılova 3 bıçaq zərbəsi vurulduğu məlum olub. M. İsmayılovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.