AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 5 yaşlı Harper anasına yeni uşaq kolleksiyanın hazırlanmasında yardımçı olub. Bu səbəbdən Bekhem təqdimata qızını da gətirib.
Təqdimata Keyt Mara, Zoi Saldana, Naomi Harris, Cessika Bill və digər məşhurlar qatılıb. Bekhem təqdimata özü dizayn etdiyi kostyumda gəlib. Həmçinin, məşhurlar da tədbirə onun kolleksiyasından olan geyimlərlə qatılıblar.
