Ermənistanda keçirilmiş parlament seçkilərində “exit-poll”un nəticələri açıqlandı

2 Aprel 2017 21:09 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, “Erkir media” telekanalının sifarişi əsasında Baltic Surveys/The Gallup Organization şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim Respublika partiyası 46 faiz, “Tsarukyan” bloku isə 25 faiz səs toplayıb. Üçüncü yerdə “Yelk” bloku (10%), dördüncü yerdə isə “Daşnaksutyun” partiyası (5%) qərarlaşıb. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.

“Exit-poll” 125 məntəqədə 19 130 seçici arasında keçirilib.