Rəqqasəyə ad günündə 100 minlik maşın hədiyyə olundu: “O, mənim oğlumun atasıdır” + Video

3 Aprel 2017 11:49 (UTC+04:00)

Fatimə Fətəliyeva AzNews.az-a açıqlamasında özünü çox xoşbəxt qadın adlandırıb:

Bu çox xırda işlərdir. Belə şeyləri yazmaq lazım deyil. Bilsəydim ki, onu mətbuat xəbər edəcək, mən o şəkili sosial şəbəkədə paylaşmazdım. O, mənim oğlumun atasıdır. Çox xoşbəxt bir qadın, anayam ki, bu yaşda ərim tərəfindən mənə belə hədiyyə olunub.

Fatimə Fətəliyeva həyat yoldaşına təşəkkür edib:

Sağ olsun, mənə belə dəyər verib. Əlbəttə ki, o, mənə belə dəyər verməlidir, çünkü mən onun oğlunun anasıyam.

Bahar RÜSTƏMLİ

AzNews.az