“Seçki saxtakarlığı ilə bağlı videogörüntüləri yaxın vaxtlarda təqdim edəcəyik” - Ermənistanın sabiq baş naziri

3 Aprel 2017 13:30 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanda keçirilən parlament seçkilərini şərh edən ölkənin sabiq baş naziri Qrant Baqratyan deyib.

Sabiq baş nazir seçkilərin nəticələrinin obyektiv olacağına inanmadığını bildirib. O, səsvermənin başladığı erkən saatlardan məntəqələrdə qanun pozuntuları ilə bağlı məlumatlar əldə etdiklərini vurğulayıb.

Seçki məntəqələrində kütləvi saxtakarlıqların şahidi olduqlarını qeyd edən Qrant Baqratyan insanların kütləvi şəkildə mikroavtobuslarla seçki məntəqələrinə daşındığını, bununla bağlı əllərində olan videogörüntüləri yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəklərini söyləyib.