Bu yol da bağlanır - Diqqət

3 Aprel 2017 15:08 (UTC+04:00)

"Azəravtoyol" ASC-dən AzNews.az-a verilən məlumatda qeyd edilən yollarda təmir işlərinin aparılacağı bildirilib.

Xəbərdə qeyd edilib ki, həmin istiqamətdə hərəkətin məhdudlaşdırılması aprel ayının 3-dən 4-nə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək.

"Alternativ olaraq sürücülər Babək prospekti-Fəzail Bayramov küçəsi-Xocalı prospekti-Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadə edə bilərlər", - deyə xəbərdə əlavə edilib.