“İqtisadi münasibətlər bizim maraqlarımız səviyyəsində deyil” - Nazarbayev

3 Aprel 2017 15:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti ilə geniş tərkibdə görüşü zamanı deyib.

“Həm iqtisadi və siyasi, həm də mədəni-humanitar məsələlərə gəldikdə isə biz münasibətlərimizi bir daha vurğulamaq üçün gənclərin dövlətlərimizdəki müvafiq ali məktəblərə qəbul edilməsi, mədəni münasibətlərin, ziyalıların görüşlərinin, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin bərpa olunması məsələlərinə diqqət yetirməliyik. Bunun üçün yaxşı imkanlar, bir növ körpü var. Qazaxıstanda bizim vətəndaşlarımız olan 130 min etnik azərbaycanlı yaşayır. Onlar bizim vətəndaşlarımızdır və bütün məsələlərə tam şəkildə qoşulublar. Bu, bizim ticari əlaqələrimiz üçün yaxşı körpüdür. Mən bilirəm ki, məhz onlar müştərək müəssisələr açır, biznes qurur və bizim münasibətlərimizi yaxşılaşdırmağa kömək edirlər. Fikrimcə, biz bunu dəstəkləməliyik.

Biz konkretlik barədə danışdıq. Konkretlik bazis, iqtisadiyyat deməkdir. İqtisadi münasibətlər, ticarət bizim maraqlarımız səviyyəsində deyil və bu gün bu barədə danışacağıq. Bunu necə etmək lazım olduğunu görürük”-deyə Nazarbayev bildirib.