SOCAR-ın satdığı xam neft kəskin bahalaşdı

3 Aprel 2017 17:03 (UTC+04:00)

Dövlət şirkətindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 51,57 dollara, Urals nefti 50,20 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 52,86 dollara satılıb.

Qeyd edək ki, fevralda dünya bazarında Brent tipli xam neftin 1 bareli 55,11 dollara, Urals nefti 54,01 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 56,63 dollara satılıb. Beləliklə, Brent tipli neftin qiyməti 6,4%, Urals neftinin qiyməti 7,05%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 6,7% azalıb.

Ötən ilin martında dünya bazarında Brent tipli xam neftin 1 bareli 38,49 dollara, Urals nefti 37,18 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 39,80 dollara satılıb. Beləliklə, il ərzində Brent tipli neftin qiyməti 34%, Urals neftinin qiyməti 35%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 32,8% artıb.

AzNews.az