Sankt-Peterburq metrosunda baş verən partlayışla bağlı cinayət işi açılıb

3 Aprel 2017 17:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Rusiyanın Arşdırmalar komisiyasının saytında məlumat yerləşdirilib:

“İlkin məlumatlara görə, bu gün saat 14.40 (yerli vaxtla-red.) radələrində Sankt-Peterburqun "Технологический институт" və "Сенная площадь" metrostansiyalarında mənşəyi bilinməyən qurğu partlayıb. ”

Hazırda hadisə bölgəsində xüsusi mütəxəssislər və kriminalistlər göndərilib.

Xatırladaq ki, bir neçə saat əvvəl Sankt-Peterburq metrosunun «Технологический институт» və «Сенная площадь» stansiyalarında eyni vaxtda iki partlayış baş verib. Ən son məlumatlara görə, 10 nəfər həlak olub. 50 nəfər yaralanıb.

Şəhərin bütün metrostansiyalarına giriş-çıxışlar bağlanıb.