Motosikl ağaca çırpıldı - Sürücü yaralandı

4 Aprel 2017 09:21 (UTC+04:00)

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən axşam rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, Salyan şəhər 20 yanvar küçəsi, bina 17, mənzil 8-də yaşayan 40 yaşlı Eldəniz Abbasəli oğlu Bağırov idarə etdiyi motosiklla hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya ilk tibbi yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

AzNews.az