“Terrorla bağlı polisin gücləndirilmiş rejimə keçməsi əsassızdır” - DİN

4 Aprel 2017 09:59 (UTC+04:00)

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib.

Rusiyanın Sankt-Peterburq şəhərində törədilən terror aktından sonra Azərbaycanda polis əməkdaşlarının gücləndirilmiş iş rejiminə keçməsi barədə məlumatlara münasibət bildirən E. Zahidov deyib ki, polis əməkdaşları həmişə olduğu kimi adi iş rejimində öz xidməti fəaliyyətlərini davam etdirirlər.

AzNews.az