Peterburqdakı partlayışda ölən azərbaycanlı qız haqda - Təfərrüatlar + Fotolar

4 Aprel 2017 10:08 (UTC+04:00)

AzNews.az “Life.ru” saytına istinadən xəbər verir ki, Dilbarə Əliyeva partlayışda yaralandıqdan sonra xəstəxanaya yerləşdirilərkən “Tamara” adı ilə qeydiyyatdan keçib. Vəziyyəti ağır olduğundan həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, ötən gün Sankt-Peterburq şəhərində metroda baş verən terror hadisəsi zamanı 11 nəfər həlak olub, 45 nəfər yaralanıb.