33 yaşlı kişi evdə yanaraq öldü

4 Aprel 2017 10:25 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 150 m2 sahədə, ona bitişik tikilən, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 80 m2 olan talvarın yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Cəfərov Anar Cavanşir oğlunun yanan meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyətı üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 9:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.