“Əsgər itkisi hamımız üçün üzücü haldır“

4 Fevral 2013 11:20 (UTC+04:00)


"Təbii ki, hansı qoşun növündə xidmət etməsindən asılı olmayaraq bütün əsgərlər Azərbaycan xalqının övladlarıdır və onların itkisi hamımız üçün üzücüdür. Amma başqa qoşun növündə baş vermiş itkiyə görə Müdafiə Nazirliyini hədəfə çevirmək nə dərəcədə düzgün yanaşmadır?".

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Yeni Müsavat" qəzetinin 4 fevral 2013-cü il tarixli sayında "Özünü avtomatla vuran əsgərin anasından şok iddialar" başlıqlı yazı dərc olunub və məqalənin sonunda "bazar günü olduğundan Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik" fikri özünə yer alıb. "Əslində yazıda bəhs olunan əsgər Azər Amil Oğlu Həsənov Müdafiə Nazirliyində xidmət etməyib və ötən ilin oktyabr ayında "Yeni Müsavat" qəzeti də daxil olmaqla əksər mətbuat orqanlarında əsgərin başqa qoşun növünün hərbi qulluqçusu olduğu bildirilib.
Qəzet yenə də ənənəsinə sadiq qalaraq 29 yanvar tarixli sayının 11 ci səhifədə ordunun əleyhnə dərc etdiyi yazıda 20 günün əsgərinin xəstəlikdən dünyasını dəyişdiyini elə qələmə verib ki, guya həmin əsgər də Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub. Hansı ki, həmin gün mətbuatda sözügedən əsgər Rüstəmli Toğrul Kamran oğlu Müdafiə Nazirliyinin deyil, Daxili Qoşunların əsgəri olduğu qeyd edilib".

Nazirlik bunun iki səbəbi ola biləcəyini bildirib. "Ya qəzet bunu bilməyərəkdən edir, ya da bilir, ancaq qəsdən ölümləri Müdafiə Nazirliyinin üstünə atmağa çalışır".