Putin həbs edilmiş Udmurtiya respublikası rəhbərini işdən azad edib

4 Aprel 2017 15:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün səhər saatlarında evində axtarış aparılaraq həbs edilən Udmurtiya respublikasının rəhbəri Aleksandr Sovolyov 2014-2016-ci illər ərzində körpü çəkilməsində iştirak edən şirkətdən külli miqdarda rüşvət almaqda ittiham edilir. Sovolyovun iki il ərzində 140 milyon rubl(2500000 dollar) rüşvət aldığı bəyan edilib.

Hazırda Aleksandr Sovolyov Moskvaya gətirilib. Yaxın saatlarda ona qarşı rəsmi ittihamın irəli sürüləcəyi gözlənilir.