Tikinti aparmaq istəyənlər nəzərinə - İcazə qaydaları dəyişdi

4 Aprel 2017 17:51 (UTC+04:00)

Trend-in məlumatına görə, Qaydaların 1.9-cu bənddə "memarlıq-planlaşdırma bölməsini" sözləri "yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini" sözləri ilə əvəz edilib.

Belə ki, indiyə qədər həmin bəndə əsasən, məlumatlandırma icraatı tətbiq edildiyi layihələr üzrə sifarişçi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, habelə sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini yerli icra hakimiyyəti orqanına təqdim edirdi.

Dəyişikliyə əsasən isə, sifarişçi tikinti layihəsinin “memarlıq-planlaşdırma bölməsi”nin əvəzinə “zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri”ni təqdim etməlidir.

AzNews.az