Ərinin ikinci arvadı və öz qızı tərəfindən döyüldü

4 Aprel 2017 18:00 (UTC+04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə köçkünlər üçün salınmış “Dördyol-1” qəsəbəsində baş verib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qəsəbə sakini 1976-cı il təvəllüdlü Məmmədova İlhamə Mehman qızı həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən döyüldüyünü bildirib. Xəstəxanadan verilən məlumata görə, İ. Məmmədovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub həyati təhlükəsi yoxdur.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma başlanıb.

AzNews.az