İbrahimbəyov “Xəzər“ TV-ni məhkəməyə verəcək

4 Fevral 2013 11:38 (UTC+04:00)
Azərbaycan Ziyalılar Forumunun üzvü, tanınmış dramaturq Rüstəm İbrahimbəyov "Xəzər" telekanalını məhkəməyə verə bilər. Bu barədə Modern.az-a R.İbrahimbəyovun vəkili Fuad Ağayev deyib. O, Xəzər TV-də Rüstəm İbrahimbəyovla bağlı yayımlanan veriləşə münasibət bildirərək bu haqda məhkəməyə müraciətin edilib-edilməyəcəyi qərarının dramarutq tərəfindən veriləcəyini deyib.

"İstənilən halda belə qərarı Rüstəm bəy özü verir. Rüstəm bəy ehtiyac bilərsə yəqin ki, müraciət olunacaq",- deyə vəkil bildirib.

Xatırladaq ki, bir müddət əvvəl "Xəzər" telekanalında dramaturq Rüstəm İbrahimbəyovla bağlı qeyri-etik sujet yayımlanıb.

AzNews.az