“Bu suyu mal da içmir” - Təhlükə (Video)

4 Aprel 2017 20:15 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, ərazidə məişət tullantıları üçün ayrıca zibil qutuları qoyulmasa da, sakinlərin sözlərinə görə, qrafik əsasında bu əraziyə də Kommunal Müəssisələr Kombinatının texnikası gələrək zibillərin daşınmasını həyata keçirir. Lakin, böyük bir ərazini əhatə edən Kommunal Müəsisələr Kombinatından isə mövcud problemdən xəbərdar olduqları bildirildi.

Fatma Əzizova (sakin): “Uşaqların topu bu çaya düşəndə yuyub veririk ki, xəstəliyə tutular birdən. Bu suyu mal da içmir. Mal içməyən suya insan əlini vurarmı?”

Qurum rəsmisinin sözlərinə görə, bu çay yatağı da vaxtaşırı təmizlənir. Ümumilikdə isə Balakənin təkcə şəhər ərazisindən 36 ədəd irili xırdalı çay və arx yataqları keçir ki, bunlara gündəlik nəzarət etmək isə qurumun imkanları xaricindədir.

Məlumdur ki, reallıqda qanunu pozan şəxslərin sayı yetərincədir. Lakin məişət tullantılarının belə ərazilərə atılması prosesi əsasən gecə saatlarında baş verdiyindən aidiyyati qurumlar məsələyə yerindəcə müdaxilə edə bilmirlər. İçməli su mənbəyi sayılan şirin sulu çaylarımızı qorumaq elə cəmiyyət olaraq hər birimizin borcudur. Bizlər ətraf mühiti çirkləndirməməklə yanaşı, həmdə belə hallarla üzləşdikdə laqeyd olmamalı, bu cür insanlarla qarşı bir vətəndaş mövqeyi nümayiş etdirərək, mübarizə aparmalıyıq.